Sentyabrda BMT Baş Assambleyasının 77-ci sessiyası işinə başlayacaq

Sentyabrda BMT Baş Assambleyasının 77-ci sessiyası işinə başlayacaq BMT Baş Assambleyasının 77-ci sessiyası sentyabrın 12-də Nyu-York şəhərində öz işinə başlayacaq.
Digər ölkələr
31 avqust 2022 05:32
Sentyabrda BMT Baş Assambleyasının 77-ci sessiyası işinə başlayacaq

BMT Baş Assambleyasının 77-ci sessiyası sentyabrın 12-də Nyu-York şəhərində öz işinə başlayacaq.

"Report" xəbər verir ki, həmin gün Baş Assambleyanın hazırkı rəhbəri Abdulla Şahid 76-cı sessiyaya yekun vuracaq.

BMT Baş Assambleyasının 77-ci sessiyasına isə macarıstanlı diplomat Çaba Quereşi sədrlik edəcək.

Dövlət başçılarının iştirak etdiyi yüksək səviyyəli həftəyə ənənəvi olaraq sentyabrın 20-də start veriləcək.

Məlumata görə, sentyabrın 16-17-də təhsilin transformasiyası sammiti keçiriləcək.

Sammit çərçivəsində Gənclər Bəyannaməsinin və BMT baş katibinin təhsildə islahatların perspektivləri ilə bağlı bəyanatının qəbul edilməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi