Yuxarı
    Bağlamaq

    Sent-Luisin polis rəisi iğtişaşlara sərt reaksiya verməyə söz verib

    Cinayətkarlar Ferqyusondakı etirazları kriminal məqsədlər üçün istifadə ediblər.

    Bakı. 25 noyabr. REPORT.AZ/ Sent-Luis (Missuri ştatı) şəhərinin polis idarəsinin rəisi bildirib ki, polis Ferqyusonda növbəti axşam və gecə daha sərt tədbirlərə əl atacaq.

    "Report" TASS agentliyinə istinadən bu barədə məlumat verir.

    "Biz erkən mərhələdə iğtişaşların qarşısını almaq niyyətindəyik. Biz bunun üçün kifayət qədər resurslara malikik", - Sem Dotson bildirib.

    Polis əlavə edib ki, cinayətkarlar Ferqyusondakı etirazları kriminal məqsədlər üçün istifadə ediblər.

    Hazırda Sent-Luis və Ferqyuson şəhərlərində vəziyyət sabitdir. Ötən gecə şəhərdə və onun ətrafındaki iğtişaşları bir çox evlərdəki sındırılmış pəncərələr, bir neçə yandırılmış binalar və avtomobillər göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi