Şengen zonasında sərhədlərdən vahid gediş-gəliş qaydası təsdiqləndi

Şengen zonasında sərhədlərdən vahid gediş-gəliş qaydası təsdiqləndi Avropa İttifaqı üzv ölkələri səhiyyə vəziyyətinin ümumavropa təsnifatı əsasında Şengen zonası daxilində sərhədlərdən gediş-gəlişin vahid qaydasını razılaşdırıb.
Digər ölkələr
13 Oktyabr , 2020 14:31
Şengen zonasında sərhədlərdən vahid gediş-gəliş qaydası təsdiqləndi

Avropa İttifaqı (Aİ) üzv ölkələri səhiyyə vəziyyətinin ümumavropa təsnifatı əsasında Şengen zonası daxilində sərhədlərdən gediş-gəlişin vahid qaydasını razılaşdırıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Aİ Şurasının bugünkü açıqlamasına görə, pandemiya ilə bağlı gediş-gəliş azadlığının məhdudlaşdırılmasına əlaqəli yanaşmaya dair Avropa Komissiyasının tövsiyələri təsdiqləyib:

“Bu tövsiyələr Şengen zonasının fəaliyyətindəki parçalanmaları və pozuntuları aradan qaldıraraq insanlar və işgüzar fəaliyyətlər üçün şəffaflığın artmasına təkan verməlidir”.

Qeyd edək ki, bundan əvvəl karantin məhdudiyyətlərini Aİ ölkələri tərəfindən ayrı-ayrılıqda tətbiq olunması nəticəsində Avropa boyu gediş-gəlişdə çətinliklər ortaya çıxırdı.

Son xəbərlər

Orphus sistemi