Yuxarı
    Bağlamaq

    Şengen zonasına aid sərhəddə yoxlamanın müddəti daha 3 ay uzadılıb

    Frans Timmerman: Şengen zonasında normal fəaliyyətə qayıtmaq üçün daha çox səy göstəririk

    Bakı. 26 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı Komissiyası 5 ölkənin sərhədində nəzarət məqsədi ilə sənədlərin yoxlaması müddətinin uzadılması haqqında qərar qəbul edib.

    "Report" Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, Almaniya, Avstriya, Norveç, Danimarka və İsveçlə Şengen müqaviləsinə üzv dövlətlər arasında nəzarət yoxlamasının müddəti daha 3 ay uzadılıb.

    Məlumata görə, 2015-ci ildə qəbul edilən bu qərarın müddəti noyabrın 12-də başa çatacaq.

    Avropa İttifaqı Komissiyası sədrinin müavini Frans Timmerman məsələ ilə bağlı deyib: "Şengen zonasında normal fəaliyyətə qayıtmaq üçün daha çox səy göstəririk. Biz bu istiqamətdə çox işlər görsək də hələlik istədiyimiz səviyyəyə gəlib çatmamışıq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi