Yuxarı
    Bağlamaq

    Сenevrədə iqlim dəyişməsi ilə bağlı layihə razırlanıb

    Danışıqların növbəti raundu iyun ayında Bonnda keçiriləcək

    Bakı. 14 fevral. REPORT.AZ/ Cenevrədə iqlim dəyişməsi ilə bağlı keçirilən 7 günlük məsləhətləşmələr gələcək danışıqlar üçün dayaq nöqtəsi olacaq vahid qlobal müqavilə layihəsinin hazırlanması ilə yekunlaşıb. "Report" BMT informasiya mərkəzinə istinadən xəbər verir ki, yeni qlobal müqavilə bu ilin dekabr ayında Parisdə təsdiq olunmalı və 2020-ci ilə qədər qüvvəyə minməlidir. 

    BMT Çərçivə Konvensiyasının iqlim dəyişikliyi üzrə katibliyinin rəhbəri Kristiana Fiqeyros bu həftə Cenevrədə keçirilən danışıqlarda iştirak edən tərəflərin konstruktiv yanaşması və operativ fəaliyyətini alqışlayıb. 

    Danışıqlar zamanı müqavilə layihəsində əksini tapan qlobal  istiləşmənin nəticələrinin yüngülləşdirilməsi, bu şəraitə uyğulnaşma, maliyyələşmə və texnologiyalar mübadiləsinə dair müddəalar müzakirə olunub. 

    "…Biz bu sessiyada qarşımıza qoyulan məqsədlərə nail olduq, belə ki, layihənin qeyri-rəsmi qaralama variantından rəsmi mətnə keçə bildik. Bu layihə gələcək müqavilələr üçün əsas olacaq", - Kristiana Fiqeyros qeyd edib. 

    Danışıqların növbəti raundu iyun ayında Bonnda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi