Seneqalda dini mərasim zamanı yanğın baş verib, 22 nəfər ölüb, 87 nəfər xəsarət alıb

Seneqalda dini mərasim zamanı yanğın baş verib, 22 nəfər ölüb, 87 nəfər xəsarət alıb Xəsarət alanlardan 20-sinin vəziyəti ağırdır
Digər ölkələr
13 Aprel , 2017 17:02
Seneqalda dini mərasim zamanı yanğın baş verib, 22 nəfər ölüb, 87 nəfər xəsarət alıb

Bakı. 13 aprel. REPORT.AZ/ Seneqalın cənub-şərqində müsəlmanların dini mərasimi zamanı baş verən yanğın nəticəsində 22 nəfər ölüb, 87 nəfər xəsarət alıb.

“Report” “France press”ə istinadən xəbər verir ki, hadisə ölkənin Mədinə Qonas şəhərində yerləşən ziyarətgahda olub.

İnformasiyaya əsasən, xəsarət alanlardan 20-sinin vəziyəti ağırdır.

Yanğının səbəbi haqda məlumat yayılmayıb. 

Son xəbərlər

Orphus sistemi