​Seneqal Yəmənə iki min hərbçi göndərir

​Seneqal Yəmənə iki min hərbçi göndərir Bu Yəmən münaqişəsində qeyri-müsəlman ölkənin ilk birbaşa iştirakı olacaq
Digər ölkələr
5 May , 2015 05:44
​Seneqal Yəmənə iki min hərbçi göndərir

Bakı. 5 may. REPORT.AZ/ Seneqal Yəməndəki üsyançılarına qarşı mübarizə aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya iki mindən çox hərbçi göndərəcək.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu, qeyri-ərəb ölkəsinin sözügedən münaqişədə birbaşa hərbi iştirakı olacaq.

Səudiyyə Ərəbistanı aprel ayında krallığa səfəri zamanı Seneqal prezidenti Miki Salladan kömək etməsini xahiş edib.

Əhalisinin böyük hissəsi İslamın sünni təriqətinə etiqad edən Seneqal son illər ərzində Səudiyyə Ərəbistanından əhəmiyyətli dərəcədə maliyyə yardımı alıb.

Son xəbərlər

Orphus sistemi