Seneqal prezidenti karantinə alındı

Seneqal prezidenti karantinə alındı Seneqal Prezidenti Maki Sall yeni koronavirusa yoluxduğu üzə çıxan şəxslə təmasdan sonra iyunun 24-dən ikihəftəlik müddətə özünü təcrid etmək qərarı verib.
Digər ölkələr
25 iyun 2020 08:43
Seneqal prezidenti karantinə alındı

Seneqal Prezidenti Maki Sall yeni koronavirusa yoluxduğu üzə çıxan şəxslə təmasdan sonra iyunun 24-dən ikihəftəlik müddətə özünü təcrid etmək qərarı verib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hökumət sözçüsü Seido Queye həmin şəxsin yoluxduğu məlum olandan sonra 59 yaşlı dövlət başçısının də testdən keçdiyini, cavabın mənfi çıxdığını deyib. Buna baxmayaraq, ölkə lideri tibbi tövsiyələri nəzərə alaraq şəxsi karantin keçmək qərarına gəlib.

Bundan əvvəl parlament üzvü Yeya Diallonun da koronavirus testi müsbət nəticə vermişdi.

Seneqalda indiyədək yeni koronavirusa 6 100-dan artıq sakin yoluxub, 93 nəfər də ölüb.

Son xəbərlər

Orphus sistemi