Respublikaçı senatorlar ABŞ federal hökumətinin maliyyələşdirilməsinin, ehtimal ki, iki həftə müddətinə uzadılmasına dair qanunvericilik təşəbbüsünün qəbulu imkanlarını müzakirə edirlər ki, bu da Ukraynaya yardım üçün vəsaitin ayrılmasını nəzərdə tutmur.
“Report” xəbər verir ki, bu barədə The Hill qəzeti məlumat yayıb.
Senator Rend Pol hesab edir ki, Kiyevə vəsait ayrılması nəzərdə tutulmasaydı, ABŞ Konqresinin hər iki palatası təşəbbüsü qəbul edərdi:
“Həm Nümayəndələr Palatasının, həm də Senatın qəbul edəcəyini düşündüyüm yeganə şey Ukrayna üçün heç bir vəsaiti olmayan təmiz qətnamədir. Mən Ukraynasız istənilən təmiz qətnamə ilə razıyam”.