Senator Berni Sanders ABŞ-da keçiriləcək 2020-ci il prezident seçkilərində iştirak edəcək

Senator Berni Sanders ABŞ-da keçiriləcək 2020-ci il prezident seçkilərində iştirak edəcək Bakı. 27 noyabr. REPORT.AZ/ ABŞ-ın Vermont ştatından senator Berni Sanders 2020-ci il prezident seçkilərində iştirak etmək niyyətindədir.
Digər ölkələr
27 Noyabr , 2018 15:18
Senator Berni Sanders ABŞ-da keçiriləcək 2020-ci il prezident seçkilərində iştirak edəcək

Bakı. 27 noyabr. REPORT.AZ/ ABŞ-ın Vermont ştatından senator Berni Sanders 2020-ci il prezident seçkilərində iştirak etmək niyyətindədir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə 77 yaşlı senator “New York Magazine”ə müsahibəsində məlumat verib.

“Trampın bu işin öhdəsindən məndən daha yaxşı gələcəyi məlum olarsa, onda onun qələbə çalması üçün var-gücümlə çalışacağam. Əgər Trampa qalib gəlmək üçün ən güclü namizəd mən olsam, onda, yəqin ki, namizədliyimi irəli sürərəm”, - deyən senator hər səhər yuxudan prezident olmaq arzusu ilə oyandığını bildirib.

Son xəbərlər

Orphus sistemi