Yuxarı

Senat Stiven Mnuçini ABŞ-ın maliyyə naziri vəzifəsinə təsdiq edib

O, Donald Trampın komandasının onuncu üzvü olub

Bakı. 14 fevral. REPORT.AZ/ ABŞ Senatı bazar ertəsi axşam Stiven Mnuçini ölkənin maliyyə naziri vəzifəsinə təsdiq edib.

"Report" xəbər verir ki, səsvermə zamanı Mnuçinin namizədliyi 53 səs toplayıb. Onun sözügedən vəzifəyə təsdiqinə qarşı 47 senator çıxış edib.

Mnuçin ABŞ prezidenti Donald Tramp komandasının Senat tərəfindən öz təsdiqini tapan onuncu üzvüdür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi