Senat ABŞ-da fövqəladə vəziyyət rejiminin ləğvinə səs verib

Senat ABŞ-da fövqəladə vəziyyət rejiminin ləğvinə səs verib ABŞ Senatı üzvlərinin əksəriyyəti prezident Donald Trampın tətbiq etdiyi fövqəladə vəziyyət rejiminin ləğvinə dair qətnaməni dəstəkləyib.
Digər ölkələr
14 Mart , 2019 23:09
Senat ABŞ-da fövqəladə vəziyyət rejiminin ləğvinə səs verib

ABŞ Senatı üzvlərinin əksəriyyəti prezident Donald Trampın tətbiq etdiyi fövqəladə vəziyyət rejiminin ləğvinə dair qətnaməni dəstəkləyib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, səsvermə hələ davam edir, lakin sənədin qəbul olunması üçün artıq kifayət sayda səs toplayıb.

Bu qətnamə Trampa Meksika ilə sərhəddə divarın tikintisi üçün digər fondlardan vəsait götürməyi qadağan edir.

Daha əvvəl ABŞ-ın Nümayəndələr Palatası fövqəladə vəziyyət rejiminin ləğvinə səs vermişdi.

Son xəbərlər

Orphus sistemi