Senat 79 yaşlı milyarderi ABŞ-ın ticarət naziri vəzifəsinə təsdiqləyib

Senat 79 yaşlı milyarderi ABŞ-ın ticarət naziri vəzifəsinə təsdiqləyib Uilbur Rossun əvvəllər Rusiya ilə işgüzar əlaqələri olub
Digər ölkələr
28 Fevral , 2017 09:31
Senat 79 yaşlı milyarderi ABŞ-ın ticarət naziri vəzifəsinə təsdiqləyib

Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ Senatı 79 yaşlı milyarder Uilbur Rossu ticarət naziri vəzifəsinə təsdiqləyib.

“Report” “Dw”-yə istinadən xəbər verir ki, o, seçki qabağı kampaniya dövründə ABŞ prezidenti Donald Trampın iqtisadi məsələlər üzrə müşaviri olub.  

İnformasiyaya əsasən, U.Ross 2014-cü ildə “Bank of Cyprus” bankının Direktorlar Şurası sədrinin müavini olub. Bu maliyyə qurumu Panamada qeydiyyatda olan rusiyalı oliqarx Viktor Bekselberqə aid “Lamesa Holding”in şirkətinin ikinci böyük səhmdarıdır.

Məlumata görə, ABŞ-ən yeni ticarət nazirinin əvvəllər Rusiya ilə işgüzar əlaqələri olub.

Son xəbərlər

Orphus sistemi