Yuxarı

Səmada mühərriki dayanan İndoneziya təyyarəsi təcili eniş edib

Hadisə təyyarə havaya qalxdıqdan 30 dəqiqə sonra baş verib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Cümə axşamı İndoneziyanın "Lion Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Makasar şəhər hava limanına qəza enişi edib.

"Report" xəbər verir ki, bu barədə "Detik" xəbər portalı məlumat yayıb.

İnsident nəticəsində xəsarət alan olmayıb.

İlkin məlumata görə, Ambon şəhərindən havaya qalxdıqdan təqribən 30 dəqiqə sonra "Boeing-737" laynerinin mühərriki dayanıb. Komandir yaxınlıqdakı hava limanına təcili eniş etmək barədə qərar qəbul edib.

Hazırda göyərtədə olan bütün sərnişinlər sağ-salamat təyyarəni tərk edib. İnsidentin araşdırılmasına başlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi