​Səhrada baş qaldıran qum fırtınası Dubayı iflic edib

​Səhrada baş qaldıran qum fırtınası Dubayı iflic edib Bir çox aviareyslər təxirə salınıb
Digər ölkələr
5 Aprel , 2015 10:07
​Səhrada baş qaldıran qum fırtınası Dubayı iflic edib

Bakı. 5 aprel. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərində şiddətli qum fırtınası baş qaldırıb.

"Report" xəbər verir ki, güclü küləyin səhrada qum kütləsini havaya qaldırması nəticəsində şəhərdə görüntü məhdud həddə düşüb.

Yerli sakinlər və qonaqlar qumun ağ ciyərlərə dolmasının qarşısını almaq üçün qoruyucu maskalardan istifadə edir.

Dubay Beynəlxalq Hava Limanında bir çox aviareyslər ləğv edilib, bununla yanaşı yüzlərlə sərnişin təbii fəlakətin əsirinə çevrilib.

BƏƏ-nin Milli Meteorologiya və Seysmologiya Mərkəzi görüntünün 500 metrdən çox olmadığını məlumat veriblər.

Son xəbərlər

Orphus sistemi