Yuxarı

Səhiyyə Nazirliyi: Kabildə baş verən partlayışda 200-dən çox adam yaralanıb

Terror hücumuna görə, məsuliyyəti Taliban üzərinə götürüb

Bakı. 19 aprel. REPORT.AZ/ Kabilin mərkəzində baş verən partlayışda 200-dən çox adam yaralanıb və xəstəxanalara yerləşdirilib. "Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyinin nümayəndəsi Mohmmad İsmayıl Kavasi məlumat verib.

Əfqanıstan daxili işlər nazirinin nümayəndəsi Sedik Sedikki terrorçu-kamikadzenin avtomobili partlatdığını bildirib. O, həmçinin hücum edənin iki yardımçısının hələ də müqavimət göstərdiyini qeyd edib. Hadisə bölgəsində atışma səsləri gəldiyi bildirilir.

Qeyd edək ki, terror hücumu ölkənin Müdafiə Nazirliyi və hərbi komplekslərinin yaxınlığında olan rayonda səhər saatlarında, insan kütləsinin çox olduğu sahədə törədilib. Terror hücumuna görə, məsuliyyəti Taliban üzərinə götürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi