Yuxarı
    Bağlamaq

    Nazir: "Yəməndə münaqişə qurbanlarının sayı 6 min nəfəri ötüb, 15 min nəfər yaralanıb

    Naser Mühsen Baum Sudana səfər edib

    Bakı. 22 oktyabr. REPORT.AZ/ Yəməndə baş vermiş münaqişədə ölənlərin sayı 6 min nəfəri ötüb, 15 min nəfər isə yaralanıb.

    "Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Sudana səfər edən Yəmənin səhiyyə naziri Naser Mühsen Baum deyib.

    "Demək istəyirəm ki, Ədən, Laxc, Abyan və əd-Dali vilayətlərində yaralananların sayı 12,5 min nəfər təşkil edib. Onların əksəriyyətinə ölkə daxilində tibbi yardım edilib. Marib vilayətində və şimal-şərq cəbhəsində 2 300-dək yaralı olub. Onların çoxu Yəməndə və bizə dost ölkələrdə müalicə olunub", - nazir deyib.

    Ölənlərin sayına gəldikdə, N.Baum bildirib ki, Ədəndə və yuxarıda qeyd olunan vilayətlərdə 1 008 nəfər münaqişənin qurbanı olub: "Ümumilikdə, Yəmən üzrə ölənlərin sayı 6 000 nəfəri ötüb". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi