Səfir: "Türkiyə Qətərdə hərbi baza yaradacaq"

Səfir: "Türkiyə Qətərdə hərbi baza yaradacaq" Əhməd Dəmirok bildirib ki, Qətər Əmirliyi də öz Silahlı Qüvvələrinin Türkiyə ərazisində yerləşdirilməsi imkanlarını nəzərdən keçirir
Digər ölkələr
16 Dekabr , 2015 17:24
Səfir: Türkiyə Qətərdə hərbi baza yaradacaq

Bakı. 16 dekabr. REPORT.AZ/ "Türkiyə ikitərəfli əməkdaşlıq çərçivəsində Qətərdə hərbi baza yaratmağı planlaşdırır".

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Qətərdəki səfiri Əhməd Dəmirok bildirib.

Diplomat qeyd edib ki, Türkiyə ilə Qətər ümumi problemlə qarşı-qarşıyadır: "Biz bölgədəki vəziyyətdən və bəzi dövlətlərin yürütdüyü qeyri-müəyyən siyasətdən narahatıq. Ankara və Doha bir düşmənə qarşıdır. Yaxın Şərqdə böhranlı vəziyyətdə bizim mühüm məsələlərdə bir-birimizə yardım etməyimiz vacibdir".

Onun sözlərinə görə, Türkiyə Hərbi Dəniz Donanması və Hərbi Hava Qüvvələrinin hərbçiləri, 3 minə yaxın Quru Qoşunları əsgəri və hərbi təlimatçıları Qətərdəki çoxfunksiyalı bazada yerləşdiriləcək.

Məlumata görə, səfir bazanın yaradılacağı dəqiq vaxtı açıqlamayıb. O qeyd edib ki, Qətər Əmirliyi də öz Silahlı Qüvvələrinin Türkiyə ərazisində yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.

Rəsmi Qətər hələlik bu informasiyanı şərh etməyib.

Xatırladaq ki, yeni baza 2014-cü ildə tərəflərin imzaladığı iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi haqda razılaşma çərçivəsində yaradılacaq. Bu sənədi Türkiyə parlamenti 2015-ci ilin iyunda ratifikasiya edib. 

Son xəbərlər

Orphus sistemi