Səfir: "Qərb Belarusu Rusiyadan qopartmaq iqtidarında deyil"

Səfir: "Qərb Belarusu Rusiyadan qopartmaq iqtidarında deyil" "Belarus "Qərbin ağuşuna atılmağa" hazır deyil"
Digər ölkələr
2 Aprel , 2017 16:32
Səfir: Qərb Belarusu Rusiyadan qopartmaq iqtidarında deyil

Bakı. 2 aprel. REPORT.AZ/ Rusiyanın Minskdəki səfiri Aleksandr Surikov bildirib ki, Qərbin Belarusu Rusiyadan "qoparma"sı alınmayacaq.

"Report" xəbər verir ki, bunu o, "Sputnik"ə açıqlamasında Minsk və Avropa İttifaqı münasibətlərinin fəallaşması barədə danışarkən deyib.

"Qərbin Ukrayna, Belarus cinahlarında fəaliyyətinə gəldikdə isə, bunların hamısı Rusiya əleyhinə yönəlib. Və biz başa düşürük ki, növbəti cəhdlər Belarusa yönələcək və bu artıq baş verib. Siz bura müxtəlif nümayəndə heyətlərinin səfərlərinin intensivləşdiyinin şahidi olursunuz. Biz buna alışırıq, lakin anlayırıq ki, bu gün Qərb Belarusu Rusiyadan qopartmaq iqtidarında deyil", — deyə o bildirib.

Onun sözlərinə görə, Belarus "Qərbin ağuşuna atılmağa" hazır deyil.

Son xəbərlər

Orphus sistemi