Səfir Hidayət Orucov Qırğızıstanın cənubunda işgüzar səfərdə olub

Səfir Hidayət Orucov Qırğızıstanın cənubunda işgüzar səfərdə olub Azərbaycanlı diplomat Oş və Calal-Abad vilayətlərində görüşlər keçirib
Digər ölkələr
10 İyul , 2015 21:16
Səfir Hidayət Orucov Qırğızıstanın cənubunda işgüzar səfərdə olub

Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycanın Qırğızıstandaki səfiri Hidayət Orucov iyul ayının 6-dan 9-dək bu ölkənin cənub regionlarında işgüzar səfərdə olub.

"Report"un məlumatına görə, səfər çərçivəsində H.Orucov Oş və Calal-Abad vilayətlərinin səlahiyyətli şəxsləri ilə yanaşı ictimaiyyət nümayəndələri ilə görüşlər keçirib.

Səfir Kara-Suy rayonunun istehsalat müəssisələrində olub.

Bu rayonda keçirilən görüşlərdə 2015-ci ilin aprel ayının 26-dan may ayının 2-dək Qırğız Respublikasının nümayəndə heyətinin istilik üsulu ilə istehsal sahəsində təcrübənin mübadiləsi üçün Azərbaycana səfərləri ilə bağlı söhbət açılıb və səfərin yüksək səviyyədə təşkili üçün Azərbaycan Respublikasının rəhbərliyinə minnətdarlıq bildirilib.

Səfir azərbaycanlıların sıx yaşadığı rayonun Nəriman kəndində də həmvətənlilərimizlə görüş keçirib.

Hidayət Orucov xaricdə yaşayan soydaşlarımızın bütün problemləri Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulayıb

Səfir vurğulayıb ki, Azərbaycan ilə Qırğızstan arasında əməkdaşlıq münasibətləri bütün sahələrdə inkişaf etməkdədir və bu xətt iki ölkə prezidentlərinin siyasətinin prioritet istiqamətlərindəndir.

Görüşün sonunda həmvətənlilərimiz tərəfindən hazırlanmış konsert proqramı nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi