"Saudi Arabian Airlines" Toronto ilə hava əlaqəsini dayandırıb

"Saudi Arabian Airlines" Toronto ilə hava əlaqəsini dayandırıb Bakı. 7 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Saudi Arabian Airlines aviaşirkəti Torontodan həyata keçirilən uçuşları dayandırdığını bəyan edib.
Digər ölkələr
7 Avqust , 2018 02:43
Saudi Arabian Airlines Toronto ilə hava əlaqəsini dayandırıb

Bakı. 7 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanının "Saudi Arabian Airlines" aviaşirkəti Torontodan həyata keçirilən uçuşları dayandırdığını bəyan edib.

“Report” xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

"Torontoya reyslər üzrə bronlaşdırılmanın dərhal ləğv olunduğunu və avqustun 13-dən başlayaraq Torontodan bütün uçuşların dayandırılacağını elan edirik", - deyə məlumatda bildirilir.

Bu qərar iki ölkə arasında qızışmaqda olan münaqişə fonunda qəbul olunub. Səudiyyə Ərəbistanı və Kanada arasında münasibətlər Ottavanın Krallıqda saxlanılmış mülki fəalların azad olunmasına çağırış etməsindən sonra gərginləşib.

Avqustun 3-də Kanada XİN-i Krallıqda mülki fəalların saxlanılması ilə bağlı narahatlığını ifadə edib və Səudiyyə Ərəbistanını onları dərhal azad etməyə çağırıb.

Krallıq XİN-i Kanadanın mövqeyini Səudiyyənin daxili işlərinə müdaxilə etmək və beynəlxalq hüququn əsaslarına zidd addım kimi qiymətləndirib, ardınca isə məsləhətləşmək üçün Ottavadakı səfirini geri çağırıb və Kanadanın Ər-Riyaddakı diplomatını geri göndərib.

Səudiyyə Ərəbistanı həmçinin Kanada ilə bütün yeni ticarət və investisiya tranzaksiyalarının dondurulduğunu bəyan edib və bununla bağlı gələcək addımların atılması hüququnu özündə saxlayıb.

Son xəbərlər

Orphus sistemi