“Ukrayna, İran, Əfqanıstan və bütün dünyada öz azadlıqları uğrunda mübarizə aparan cəsur qadınların yanındayıq”.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.
O, 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə dünyadakı qadınları təbrik edib: “Qadınlar cəmiyyətimizə unikal töhfə verirlər. Onların səsi eşidilməlidir”.