Brüssel Avropa İttifaqı-Çin sammitində Aİ-nin Rusiyaya qarşı sanksiyalarına əməl etməyən şirkətlərin siyahısını Pekinə təhvil verib və Çinin onlara qarşı tədbir görəcəyini gözləyir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib.
“Bizdə Aİ-nin Rusiyaya qarşı sanksiyalarından yayınmağa kömək edən şirkətlərin siyahısı var. Çinlə bu məsələ ilə bağlı iş sammitdən kənarda davam edir, biz Pekinin konkret addımlar atacağına ümid edirik”, - o qeyd edib.