Bakı. 29 oktyabr. REPORT.AZ/ "Hazırda fəaliyyət göstərən Şengen sazişi köhnəlib, Avropa miqrasiya siyasətini dəyişməlidir". "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda mühazirə deyərkən, Fransanın keçmiş prezidenti Nikolya Sarkozi bildirib.
Onun sözlərinə görə, Avropa bəşər tarixində ən böyük miqrasiya dalğası ilə üzləşib. O, xüsusi olaraq qeyd edib: "Rəqəmlər elə böyükdür ki, bu qədər qaçqını qəbul edə bilmərik. Avropada yeni miqrasiya siyasəti tətbiq etmək lazımdır. Hazırda fəaliyyət göstərən Şengen sazişi köhnəlib. Yeni şengen zəruridir".
N.Sarkozi əlavə edib: "Avropa müharibədən qaçan hərbi qaçqınlarla qalanları arasında sərhəd xətti çəkmək məcburiyyətində qalacağımızı qəbul etməli olacaq".