Fransada "sarı jiletliləri"in rəhbərlərindən biri icazəsiz aksiyaya görə cərimələnib

Fransada "sarı jiletliləri"in rəhbərlərindən biri icazəsiz aksiyaya görə cərimələnib Fransada sarı jiletliləriin liderlərindən olan Erik Drue icazəsiz nümayiş keçirdiyinə görə cərimə ödəyəcək.
Digər ölkələr
29 Mart , 2019 23:26
Fransada sarı jiletliləriin rəhbərlərindən biri icazəsiz aksiyaya görə cərimələnib

Fransada "sarı jiletliləri"in liderlərindən olan Erik Drue icazəsiz nümayiş keçirdiyinə görə cərimə ödəyəcək. 

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, E.Drue məhkəmə qərarı ilə Parisdə 2 dəfə icazəsiz nümayiş keçirdiyi üçün 1500 avro cərimələnib.

Ölkə prokurorluğu ona 1 ay həbs cəzası və 500 avro cərimə tələb edib. İxtisasca yük maşını sürücüsü işləyən Erik Drue ötən ilin 22 dekabr və bu ilin 2 yanvarında ölkə paytaxtında icazəsiz nümayiş keçirdiyi üçün fevralın ortalarında mühakimə olunub.

Ötən ilin 17 noyabrında ilk dəfə olaraq yanacağın artırılması ilə bağlı keçirilən etiraz aksiyanın təşəbbüskarlarından olan 34 yaşlı E.Drue mühakimə olunan zamanı hakimə təşkilatçı qismində heç bir rolu olmadığını bildirib. 

Parisin Baş Polis İdarəsi keçən həftə baş vermiş zorakılıq aktlarını nəzərə alaraq, şəhərin Yelisey çölləri, Konkord meydanı, Milli Assambleya və Parisin daha bir neçə ərazisində etiraz aksiyası keçirməyi qadağan edən qərar verib.

Son xəbərlər

Orphus sistemi