Polis “Sarı jiletlilər”in Prezidentin yay iqamətgahına doğru hərəkətinin qarşısını alıb

Polis “Sarı jiletlilər”in Prezidentin yay iqamətgahına doğru hərəkətinin qarşısını alıb Bakı. 28 dekabr. REPORT.AZ/ Fransadakı “Sarı jiletlilər” hərəkatının iştirakçısı olan 40 nəfərlik qrupun ölkə Prezidentinin Var departamentində - Aralıq dənizi sahilindəki yay iqamətgahı olan Breqanson qalasına yaxınlaşmaq istəyərkən asayiş keşikçiləri tərəfindən qarşıları kəsilib.
Digər ölkələr
28 Dekabr , 2018 16:44
Polis “Sarı jiletlilər”in Prezidentin yay iqamətgahına doğru hərəkətinin qarşısını alıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Fransadakı “Sarı jiletlilər” hərəkatının iştirakçısı olan 40 nəfərlik qrupun ölkə Prezidentinin Var departamentində - Aralıq dənizi sahilindəki yay iqamətgahı olan Breqanson qalasına yaxınlaşmaq istəyərkən asayiş keşikçiləri tərəfindən qarşıları kəsilib.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

Bundan əvvəl Var departamentində “Sarı jiletlilər”in yenidən mitinqlərə başlamasına çağırışlar sosial şəbəkələrdə yayılmışdı.

Xatırladaq ki, “Sarı jiletlilər” hərəkatı 17 noyabr tarixindən Fransada yanacağın bahalaşmasına qarşı kütləvi etiraz aksiyaları keçirir.

Son xəbərlər

Orphus sistemi