​Sarı dənizdə iki gəmi toqquşub, 10 nəfər itkin düşüb

​Sarı dənizdə iki gəmi toqquşub, 10 nəfər itkin düşüb Gəmilərdən biri batıb
Digər ölkələr
27 fevral 2016 06:15
​Sarı dənizdə iki gəmi toqquşub, 10 nəfər itkin düşüb

Bakı. 27 fevral. REPORT.AZ/ Sarı dənizdə iki gəmi toqquşub. Gəmilərdən biri batıb, 10 nəfər itkin düşüb.

"Report" xəbər verir ki, bu haqda "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, "Sinji-6" yük gəmisi ilə "Lutszyaoyuy-60968" balıqçı gəmisi Çinin Çaolyan adası yaxınlığında toqquşub. Hadisə baş verən zaman həmin ərazini qatı duman bürüdüyündən, görüntünün zəif olduğu bildirilib.

Toqquşma nəticəsində balıqçı gəmisi batıb, heyəti isə itkin düşüb. Axtarış-xilasetmə əməliyyatı keçirilir. Hadisənin başvermə səbəbi məlum deyil.

Hər iki gəmi Çin şirkətlərinə məxsus olub. 

Son xəbərlər

Orphus sistemi