СAR-da zürafə film çəkilişi zamanı kinorejissoru öldürüb

СAR-da zürafə film çəkilişi zamanı kinorejissoru öldürüb Bakı. 6 may. REPORT.AZ/ Kinorejissor, Kann festivalının qaliblərindən olan Karlos Karvalo CAR-da Cerald ləqəbli zürafənin hücumu zamanı ölüb.
Digər ölkələr
6 May , 2018 03:49
СAR-da zürafə film çəkilişi zamanı kinorejissoru öldürüb

Bakı. 6 may. REPORT.AZ/ Kinorejissor, Kann festivalının qaliblərindən olan Karlos Karvalo CAR-da "Cerald" ləqəbli zürafənin hücumu zamanı ölüb.

"Report" xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Nəşrin məlumatına görə, kinorejissor heyvanları yerli fermalardan birində iri planda lentə alıb. Bu zaman zürafə gözlənilmədən rejissora yaxınlaşıb və 47 yaşlı Karvalonu vuraraq, onu bir neçə metr kənara atıb.

Rejissor xəstəxanaya yerləşdirilib, lakin başından aldığı xəsarət nəticəsində orada ölüb. Operator Dirk van der Merv bildirib ki, Karvalo hadisədən bir neçə dəqiqə əvvəl ondan fotosunu çəkməsini xahiş edib. O, fotosunu ailə üzvlərinə göndərmək niyyətində olub.

Son xəbərlər

Orphus sistemi