Şanxayda tropik fırtınaya görə 130 min insan təxliyyə edilib

Şanxayda tropik fırtınaya görə 130 min insan təxliyyə edilib Bakı. 3 avqust. REPORT.AZ/ Çinin Şanxay şəhərində səlahiyyətli şəxslər tropik Condari fırtınasına görə 130 mindən çox insanı təxliyyə edib.
Digər ölkələr
3 Avqust , 2018 11:45
Şanxayda tropik fırtınaya görə 130 min insan təxliyyə edilib
0 : 00
0 : 00

Bakı. 3 avqust. REPORT.AZ/ Çinin Şanxay şəhərində səlahiyyətli şəxslər tropik "Condari" fırtınasına görə 130 mindən çox insanı təxliyyə edib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, tropik fırtına Şanxaya özü ilə birgə güclü külək gətirib.

Küləyin tədricən qərbə - Yantszı çayının deltasına doğru irəliləyərək zəifləyəcəyi gözlənilir.

Şəhərin iki hava limanında 151 reys ləğv edilib, 122 park bağlanıb.

Qeyd edək ki, daha əvvəl "Condari" Yaponiyada nəqliyyat və elektrik enerjisinin ötürülməsinin kəsilməsi ilə əlaqədar problemlər yaradıb. Orada 16 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi