Şanxayda əntiq əşyaların satışı üzrə qanunsuz hərraclarla bağlı 83 nəfər saxlanılıb

Şanxayda əntiq əşyaların satışı üzrə qanunsuz hərraclarla bağlı 83 nəfər saxlanılıb Dələduzlar müştəriləri aldatmaqla 6 milyon yuan (873 min dollar) qazanıblar
Digər ölkələr
23 Yanvar , 2017 06:35
Şanxayda əntiq əşyaların satışı üzrə qanunsuz hərraclarla bağlı 83 nəfər saxlanılıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Şanxay polisi əntiq əşyaların satışı üzrə qanunsuz hərraclarla təşkili ilə bağlı iş üzrə 83 nəfəri saxlayıb.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər verib.

Məlumata görə, dələduzlar müştəriləri aldatmaqla 6 milyon yuan (873 min dollar) qazanıblar.

"Cinayətkarlar böyük hərracın təşkili üçün böyük komisyon yığıblar. Lakin sonra əntiq əşyaların sahiblərinə elan ediblər ki, onlar heç nə sata bilməyiblər" – deyə Şanxay polisinin bəyanatda bildirilir.

Dələduzlar həmçinin qədim əşyalara saxta sertifikatlar veriblər. Onlar müştərilərdən buna görə müştərilərdən 15-30 min yuan (2,2 - 4,4 min dollar) alıblar.

Son xəbərlər

Orphus sistemi