Şanxayda 50 aviareys təxirə salınıb

Şanxayda 50 aviareys təxirə salınıb Bu, şəhərdə güclü yağış yağması ilə bağlıdır
Digər ölkələr
8 Mart , 2016 15:32
Şanxayda 50 aviareys təxirə salınıb

Bakı. 8 mart. REPORT.AZ/ Çinin Şanxay şəhərinin iki hava limanında əlverişsiz hava şəraiti səbəbindən 50-dən artıq aviareys təxirə salınıb, daha 50-si isə gecikir.

"Report" xəbər verir ki, bu haqda "Shanghai Daily" qəzeti məlumat yayıb.

Məlumata görə, şəhərdə leysan yağır. Sinoptiklər hava şəraitinin Bakı vaxtı ilə saat 16:00-dək normallaşmayacağını bildiriblər.

Təxirə salınan və gecikən reyslərin çoxu ölkədaxili marşrutları əhatə edir.

Son xəbərlər

Orphus sistemi