Şanxay rəsmiləri bəzi ərazilərdə karantini yumşaldıb

Şanxay rəsmiləri bəzi ərazilərdə karantini yumşaldıb Bir aydan çoxdur ki, COVID-19-un yayılması ilə mübarizə üçün sərt tədbirlər görən Çinin ən böyük şəhəri sayılan Şanxayın rəsmiləri bəzi ərazilərdə karantini tədricən yumşaltmağa başlayıb.
Digər ölkələr
9 May , 2022 06:42
Şanxay rəsmiləri bəzi ərazilərdə karantini yumşaldıb

Bir aydan çoxdur ki, COVID-19-un yayılması ilə mübarizə üçün sərt tədbirlər görən Çinin ən böyük şəhəri sayılan Şanxayın rəsmiləri bəzi ərazilərdə karantini tədricən yumşaltmağa başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, metropolun on altı rayonunun yeddisində karantin tədbirləri yumşaldılıb.

Müəyyən edilmiş qaydalara əsasən, hazırda şəhərin yalnız yeddi rayonunda profilaktik zonalarda yaşayanlar yaşayış kompleksinin və ya idarənin ərazisini tərk edə bilər. Digər ərazilərdə koronavirusun yayılmasında sıfır dinamikaya çatana qədər karantin hələ də qüvvədədir.

Bununla belə, Şanxay sakinlərinin əksəriyyəti hələ də öz yaşayış məntəqələrinin ərazisini tərk edə bilmir.

Yaşayış komplekslərinin kütləvi şəkildə bağlanması martın sonunda həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi