​Şanxay aeroportunda yanğın olub, 2 nəfər ölüb

​Şanxay aeroportunda yanğın olub, 2 nəfər ölüb Yanğın hava limanının yeraltı mərtəbələrindən birində baş verib
Digər ölkələr
29 Aprel , 2016 06:09
​Şanxay aeroportunda yanğın olub, 2 nəfər ölüb

Bakı. 29 aprel. REPORT.AZ/ Şanxayın "Xuntsyao" hava limanında baş verən yanğın nəticəsində 2 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə "Sina" xəbər portalı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində daha 3 nəfər yaralanıb.

Yanğın aeroportun təmir işlərinin getdiyi yeraltı mərtəbələrindən birində baş verib. Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir.

Bütün zərərçəkənlər xəstəxanalara çatdırılıb. Sərnişinlərin təxliyəsi və aviareyslərin gecikməsi barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi