Yuxarı
    Bağlamaq

    Sankt-Peterburqda II Nikolayın qalıqları eksqumasiya edilib

    Eksqumasiyanın məqsədi 2007-ci ildə aşkar edilmiş qalıqların həqiqiliyini təsdiqləməkdir

    Bakı. 24 sentyabr. REPORT.AZ/ Rusiyanın İstintaq Komitəsi Sankt-Peterburqda sonuncu imperator II Nikolay və onun xanımı Aleksandra Fyodorovnanın qalıqlarını eksqumasiya edib.

    “Report” BBC-yə istinadən xəbər verir ki, eksqumasiyanın məqsədi 2007-ci ildə Ekaterinburq şəhərində aşkar edilmiş şahzadə Aleksey və böyük knyaqinya Mariyanın olduğu güman edilən qalıqların həqiqiliyini təsdiqləməkdir.

    Bolşeviklər onların cəsədlərini digər həlak olanlardan ayrıca basdırıblar və qalıqlar yalnız səkkiz il əvvəl Sverdlovsk vilayətində tapılıb.

    İstintaq komitəsinin nümayəndəsi Vladimir Markin eksqumasiyanın çar ailəsinin qətlinə dair yeni araşdırma ilə əlaqəli olduğunu deyib.

    Romanovlar ailəsi Sankt-Peterburqda həqiqətən II Nikolayın dəfn edildiyinə əmin olmağa imkan verən eksqumasiyanı dəstəkləyib. Bu barədə ailənin vəkili German Lukyanov bildirib.

    Böyük knyaginya Mariya Vladimirovna ilkin araşdırmanın tam, obyektiv və əhatəli olacağına ümid etdiyini deyib.

    Çar ailəsinin ölümü ilə bağlı cinayət işi 1993-cü ildə Ekaterinburq şəhərində qalıqların aşkar olunmasından sonra açılıb. 2007-ci ildə aparılan arxeoloji qazıntılar vaxtı ilk aşkar edilmiş qalıqlardan aralı basdırılmış daha iki cəsəd tapılıb.

    Ekspertlər onların şahzadə Aleksey və onun bacısı Mariya olduğunu deyiblər.

    1998-ci ildə cinayəti törədən şəxslərin ölümü ilə bağlı iş bağlanılıb və aşkar edilmiş qalıqlar Sankt-Peterburq şəhərindəki Petropavlovsk kilsəsində dəfn edilib.

    2011-ci ildə İstintaq Komitəsi Ekaterinburq yaxınlığında tapılan cəsədlərin həqiqiliyini təsdiqləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi