Sankt-Peterburqda azərbaycanlı oğurlanıb

Sankt-Peterburqda azərbaycanlı oğurlanıb Şəhər sakini Azərbaycan əsilli həyat yoldaşının oğurlanması ilə bağlı polisə müraciət edib
Digər ölkələr
29 Oktyabr , 2017 18:32
Sankt-Peterburqda azərbaycanlı oğurlanıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərinin daşınmaz əmlak üzrə agent işləyən 45 yaşlı sakini Azərbaycan əsilli həyat yoldaşının oğurlanması faktı ilə bağlı polisə müraciət edib.

"Report" xəbər verir ki, bu barədə "47news.ru" məlumat yayıb.

Qeyd olunur ki, onun oğurlanması müşahidə kameralarının görüntülərinə düşüb. Videoda dəbilqəli 3 silahlının azərbaycanlını yerə yıxması, sonra isə zorla göy rəngli mikroavtobusa əyləşdirərək, hadisə yerindən qaçaraq gizlənmələri əks olunur.

Hadisə oktyabrın 25-də baş verib. Ayın 27-də isə oğrular qadına zəng edərək, onun həyat yoldaşının "həbs" edildiyini bildiriblər. Onlar azərbaycanlının azad edilməsi üçün 1,5 milyon avro istəyiblər.

Telefon zənginin edildiyi mobil nömrə Ukrayna sakininə məxsus qeydiyyatdadır. 

Son xəbərlər

Orphus sistemi