Sanksiyalara görə 10 Rusiya təyyarəsi Almaniya aerodromlarından buraxılmır

Sanksiyalara görə 10 Rusiya təyyarəsi Almaniya aerodromlarından buraxılmır Avropa İttifaqının Rusiya təyyarələri üçün hava məkanını bağlamasından beş aydan çox vaxt keçsə də, Rusiyaya məxsus on təyyarə hələ də Almaniya aerodromlarındadır.
Digər ölkələr
15 Avqust , 2022 05:14
Sanksiyalara görə 10 Rusiya təyyarəsi Almaniya aerodromlarından buraxılmır

Avropa İttifaqının Rusiya təyyarələri üçün hava məkanını bağlamasından beş aydan çox vaxt keçsə də, Rusiyaya məxsus on təyyarə hələ də Almaniya aerodromlarındadır.

“Report” xəbər verir ki, bu barədə Almaniya Federal Nəqliyyat Nazirliyi məlumat verib.

Qeyd olunub ki, sanksiyalara görə təyyarələr havaya qalxma və uçuş qadağasına məruz qaldığı üçün sahibi tərəfindən istifadə oluna və başqa yerə daşına bilməz.

Nəqliyyat Nazirliyinin məlumatına görə, hazırda Leypsiqdə Rusiyanın üç, Kölndə iki, Baden-Badendə dörd və Frankfurt-Maynda bir təyyarəsi var.

Son xəbərlər

Orphus sistemi