Sandu yenidən Moldova prezidenti seçilmək niyyətində olduğunu açıqlayıb

Sandu yenidən Moldova prezidenti seçilmək niyyətində olduğunu açıqlayıb Moldova prezidenti Maya Sandu 2024-cü ildə yenidən dövlət başçısı seçilmək niyyətində olduğunu açıqlayıb.
Digər ölkələr
24 Dekabr , 2023 19:01
Sandu yenidən Moldova prezidenti seçilmək niyyətində olduğunu açıqlayıb

Moldova prezidenti Maya Sandu 2024-cü ildə yenidən dövlət başçısı seçilmək niyyətində olduğunu açıqlayıb.

Bu barədə “Report” Moldova prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Mən Avropaya inteqrasiya missiyasını yerinə yetirmək üçün əlimdən gələni etməyə sadiqəm. Biz bu kursa üzv ölkələrdən dəstək almışıq və uğur qazanmaq üçün əziz moldovalılar, sizin dəstəyinizə ehtiyacımız var. Hələ atmalı olduğumuz çox mühüm addımlarımız var və 2024-cü ildə yeni mandat alacağınıza inamınız varsa, davam etməyə hazıram”-deyə, o bildirib.

Qeyd edək ki, Sandu ikinci turda ölkənin o vaxtkı prezidenti İqor Dodona qalib gələrək 2020-ci il prezident seçkilərinin qalibi olub.

Son xəbərlər

Orphus sistemi