"Samsung" şirkətinin sədr müavininin həbsi üçün order verilib

"Samsung" şirkətinin sədr müavininin həbsi üçün order verilib Biznesmenin Cənubi Koreya prezidenti Pak Kın Henin yaxın rəfiqəsi ilə bağlı korrupsiya qalmaqalında əli olub
Digər ölkələr
16 Yanvar , 2017 12:24
Samsung şirkətinin sədr müavininin həbsi üçün order verilib

Bakı. 16 yanvar. REPORT.AZ/ Cənubi Koreya prokurorluğu ölkənin ən zəngin iş adamlarından biri olan "Samsung Electronics" şirkətinin sədr müavini Li Ce Yonun həbs edilməsi üçün order verib.

"Report" BBC-yə istinadən xəbər verir ki, məhkəmə orderi təsdiqləsə, Li Ce Yonun artıq yanvarın 18-də həbs edilə bilər.

Biznesmenin Cənubi Koreya prezidenti Pak Kın Henin yaxın rəfiqəsi Çhve Sun Sillə bağlı korrupsiya qalmaqalında əli olub. 

Xatırladaq ki, ölkə prezidentinə qarşı impiçment elan olunub, onun rəfiqəsi isə korrupsiya və vəzifə səlahiyyətlərindən şəxsi mənfəəti üçün sui-istifadə ittihamı ilə həbs edilib.

İstintaq müəyyənləşdirib ki, "Samsung" şirkəti bu korrupsiya fırıldaqçılığında ən böyük "donor" rolunu oynayıb. Hətta konsern Çhve Sun Silin qızının Almaniyada at minmək üzrə təlimlərdə iştirakı üçün birbaşa səbəbkara bir neçə milyon dollar verib.

Qeyd edək ki, Li Ce Yon keçən ilin oktyabr ayında konsernin Direktorlar Şurasına daxil olub. Onun yaxın gələcəkdə şirkətdə bütün idarəetməni əlinə alacağı gözlənilirdi.

Son xəbərlər

Orphus sistemi