​Salvadorun sabiq prezidenti komaya düşüb

​Salvadorun sabiq prezidenti komaya düşüb Fransisko Flores evində huşsuz vəziyyətdə tapılıb
Digər ölkələr
29 Yanvar , 2016 04:54
​Salvadorun sabiq prezidenti komaya düşüb

Bakı. 29 yanvar. REPORT.AZ/ Salvadorun sabiq prezidenti Fransisko Flores komaya düşüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, evinin döşəməsində huşsuz vəziyyətdə aşkar edilib və xəstəxanaya yerləşdirilib.

Koma nevroloji pozuntular səbəbindən geri qaytarılmaz xarakter daşıyır.

Ev dustağı olan siyasətçi böyük pul fırıldaqçılığında şübhəli bilinir.

Flores 1999-2004-cü illərdə Salvadora rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi