Salvadorun sabiq prezidenti 10 il müddətinə azadlıqdan məhrum edilib

Salvadorun sabiq prezidenti 10 il müddətinə azadlıqdan məhrum edilib Bakı. 13 sentyabr. REPORT.AZ/ Salvadorun sabiq prezidenti Antonio Saka korrupsiyaya görə, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Digər ölkələr
13 Sentyabr , 2018 03:59
Salvadorun sabiq prezidenti 10 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Salvadorun sabiq prezidenti Antonio Saka korrupsiyaya görə, 10 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Amerika ölkəsinin prokurorluğu məlumat yayıb.

"Sabiq prezident Elias Antonio Saka pul və aktivlərin oğurlanması və yuyulmasına görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq dövlət başçısı korrupsiya ilə bağlı cinayətə görə həbs edilən ilk sabiq prezident olub", - deyə bəyanatda bildirilir.

Saka 2016-cı ildə korrupsiya və dövlət vəsaitlərinin israf edilməsi ittihamı üzrə həbs olunub. O, 2004-2009-cu illərdə ölkə rəhbəri vəzifəsini tutub.

Son xəbərlər

Orphus sistemi