Yuxarı

​Salvadorda ağır yol qəzası: 14 ölü, 12 yaralı

Onlardan 6-sı uşaqdır

Bakı. 16 may. REPORT.AZ/ Salvadorun qərbində yük maşını ilə sərnişin daşıyan Pikap avtomobilinin toqquşması nəticəsində ən azı 14 nəfər ölüb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yerli polis orqanlarına istinadən yayıb.

Polisin məlumatına görə, yük maşınının sürücüsü Santa-Ana şəhərinin yaşayış məhəlləsində hərəkət zamanı idarəetməni itirərək sərnişin daşıyan Pikapla toqquşub.

Yol-nəqliyyat hadisəsində 8 böyük və 6 uşaq həlak olub, 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Polisin məlumatına görə, yük maşınının sürücüsü sağ qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi