Salvadorda bağçasında 14 meyiti gizlədən keçmiş polis tutulub

Salvadorda bağçasında 14 meyiti gizlədən keçmiş polis tutulub Faktla bağlı araşdırma davam etdirilir
Digər ölkələr
21 May , 2021 12:27
Salvadorda bağçasında 14 meyiti gizlədən keçmiş polis tutulub

Latın Amerikasında, Əl-Salvadorda cinayətdə ittiham edilən keçmiş polis əməkdaşının evinin bağından 14 meyit aşkarlanıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, keçmiş polis məmuru və ona yardım etməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb.

Məlumata görə, 2005-ci ildə polis sıralarından qovulan 51 yaşlı Hüqo Osorio Çavezin 10 ildən çox müddət ərzində 20-yə yaxın cinayətdə adı hallanıb.

Bu ilin aprelində o, 57 yaşlı qadını və onun 26 yaşlı qızını öldürməkdə şübhəli bilinərək tutulub. Bundan sonra barəsində cinayət işi başlanılıb.

Polis əməkdaşları şübhəlinin Çalçuapa şəhərindəki evində axtarış aparıblar. Bu zaman onun bağından 14 meyit aşkarlanıb. Meyitlər DNT analizi üçün tibbi ekspetrizaya göndərilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Son xəbərlər

Orphus sistemi