Salvador zooparkında begemot armaturla döyülərək öldürülüb

Salvador zooparkında begemot armaturla döyülərək öldürülüb Ölkənin Baş Prokurorluğu faktla bağlı təhqiqata başlayıb
Digər ölkələr
28 Fevral , 2017 02:20
Salvador zooparkında begemot armaturla döyülərək öldürülüb

Bakı. 28 fevral. REPORT.AZ/ Salvadorun Milli Heyvanat Parkında begemot naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.

"Report" xəbər verir ki, bu barədə məlumatı ölkənin Mədəniyyət Nazirliyi təsdiq edib.

"Ötən həftə Milli Heyvanat Parkında vicdansız, canlıların həyatına hörmət etməyən insanlar tərəfindən vəhşicəsinə döyülən, daş və armaturla vurulan begemot Qustavito bazar ertəsi ölüb. Baytarlar onun həyatını xilas etməyə çalışsalar da, bu, mümkün olmayıb. Respublika Milli Polisi və Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb…Zooparkda təhlükəsizlik tədbirləri gücləndirilib", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi