Fələstinin HƏMAS hərəkatının yaraqlıları əllərində olan mülki girovları azad etməkdən imtina edirlər və bu, Qəzza zolağında döyüşlərin yenidən artmasına səbəb olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan növbəti brifinqdə deyib.
“Prezident Cozef Bayden, dövlət katibi Blinken, Börns (MKİ rəisi) və mən israilli və misirli həmkarlarımızla əlaqə saxlayacağıq ki, bu problemi həll etmək üçün HƏMAS-a təzyiq edək. HƏMAS hazırda mülki qadınları azad etməkdən imtina edir. Bu, razılaşmanın bir hissəsi olmalı idi. Məhz HƏMAS-ın bu imtinası girov razılaşmasının ləğvinə və buna görə də hərbi əməliyyatlarda fasiləyə son qoyub”, - o qeyd edib.