Kaliforniya ştatının Sakramento şəhəri ərazisində ötən gün axşam saatlarında yüngül dəmir yolu qatarının təmir qurğusu ilə toqquşaraq relsdən çıxması nəticəsində 27 nəfər xəsarət alıb.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, şəhərin yanğın departamentindən verilən məlumata görə, baş verən hadisədə xəsarət alanlardan 13 nəfəri travmatologiya məntəqələrinə çatdırılıb. Xəsarət alanlar arasında vəziyyəti ağır olan yoxdur.
Hadisə ilə bağlı araşdırma aparılır.
