Yuxarı
    Bağlamaq

    Sakit okeanda 5,7 bal gücündə zəlzələ baş verib

    Dağıntı və ya xəsarət alanlar barəsində məlumat verilmir

    Bakı. 29 yanvar. REPORT.AZ/ Sakit okeanın mərkəzi hissəsində, Tonqa adaları yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 11:32-də qeydə alınıb. Zəlzələnin episentri Hixifo yaşayış məntəqəsindən 109 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

    Dağıntı və ya xəsarət alanlar barəsində məlumat verilmir. 

    Sunami təhlükəsi elan olunmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi