Şahzadə Uilyam Britaniyanın xüsusi xidmət orqanlarında təcrübə keçib

Şahzadə Uilyam Britaniyanın xüsusi xidmət orqanlarında təcrübə keçib Britaniya şahzadəsi Uilyam ölkənin kəşfiyyat orqanları Mİ-5, Mİ-6-nın bölmələrində təcrübə keçib.
Digər ölkələr
7 Aprel , 2019 06:56
Şahzadə Uilyam Britaniyanın xüsusi xidmət orqanlarında təcrübə keçib

Britaniya şahzadəsi Uilyam ölkənin kəşfiyyat orqanları Mİ-5, Mİ-6-nın bölmələrində təcrübə keçib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Kembric hersoqu təcrübə çərçivəsində xüsusi olaraq, radio elektron kəşfiyyatının və hökumət, hərbi informasiyanın müdafiəsinin aparılmasını öyrənib.

Hersoq Çeltnem şəhərində (Qlosterşir qraflığı - red) xüsusi xidmət orqanının qərargahında işləyib.

Bölmənin başçısı Britaniya kral evi nümayəndəsinin işə "xüsusi çalışqanlığı"nı vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi