Yuxarı
    Bağlamaq

    Sabiq prezident Nikola Sarkozinin partiyası Fransa seçkilərində qələbə çalıb

    Milli Cəbhənin lideri Marine Le Pen nəticələri “nəhəng uğur” adlandırı

    Bakı. 23 mart. REPORT.AZ/ Sabiq Fransa prezidenti Nikola Sarkozinin rəhbərlik etdiyi mühafizəkar UMP partiyası bazar günü yerli seçkilərdə birincilik qazanıb.

    "Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, partiya ultra-sağcı Milli Cəbhəni cüzi səs fərqi ilə məğlub edib.

    UMP bazar günü seçkilərinin birinci raununda 29 faiz, Milli Cəbhə isə 25 faiz səs toplayıb.Prezident Fransua Ollandın hakim Sosialist partiyası isə 22 faiz səslə arxada gəlib.

    Milli Cəbhənin lideri Marine Le Pen nəticələri “nəhəng uğur” adlandırıb.

    Təhlilçilər bildirir ki, UMP və Sosialist seçicilər Milli Cəbhəni hakimiyyətdən kənarda saxlamaq üçün yekun raundda səylərini birləşdirəcəklər.

    Milli Cəbhə anti-immiqrant, anti-İslam və anti-avro platformasına görə tanınır, və bu üzdən təhlilçilər onun özünə müttəfiq tapmaqda çətinlik çəkəcəyini proqnozlaşdırır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi