Sabiq Fransa prezidentinin həyat yoldaşı xəstəxanaya yerləşdirilib

Sabiq Fransa prezidentinin həyat yoldaşı xəstəxanaya yerləşdirilib Ötən bazar isə Jak Şirakın özü xəstəxanaya düşmüşdü
Digər ölkələr
21 Sentyabr , 2016 23:28
Sabiq Fransa prezidentinin həyat yoldaşı xəstəxanaya yerləşdirilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Fransanın sabiq prezidenti Jak Şirakın həyat yoldaşı Bernadett Şirak Parisdə xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə Şirak ailəsinin üzvlərinə istinadən AFP məlumat yayıb.

Yaxınlarının sözlərinə görə, qadın xəstəxanaya "bir az dincəlmək və gərginlikdən kənar durmaq üçün" yerləşdirilib.

Jak Şirak özü də ötən bazar ağciyər infeksiyası ilə əlaqədar Piyet-Salpetriyer xəstəxanasına yerləşdirilmişdi.

Son xəbərlər

Orphus sistemi