Sabahdan Əfqanıstanda dövlət universitetləri açılacaq

Sabahdan Əfqanıstanda dövlət universitetləri açılacaq Əfqanıstan fevralın 2-də dövlət universitetlərinin açıldığını elan edib.
Digər ölkələr
1 Fevral , 2022 08:53
Sabahdan Əfqanıstanda dövlət universitetləri açılacaq

Əfqanıstan fevralın 2-də dövlət universitetlərinin açıldığını elan edib.

Bu barədə “Report” “Anadolu”ya istinadən xəbər verir.

Əfqanıstandakı müvəqqəti “Taliban” hökumətinin ali təhsil nazirinin müavini Şeyx Abdulbaki Haqqani jurnalistlərə bildirib ki, ölkənin isti əyalətlərindəki bütün dövlət universitetləri fevralın 2-dən dərsləri bərpa edəcək.

Nisbətən soyuq olan əyalətlərdə universitet dərsləri fevralın sonunda başlayacaq. Beləliklə, Haqqaninin sözlərinə görə, tezliklə bütün dövlət universitetlərində tədris prosesi bərpa olunacaq.

Hakkani qeyd edib ki, təhsilin başlanmasından 3 həftə sonra universitetlərdə imtahanlar keçiriləcək.

Ali Təhsil Nazirliyinin məlumatına görə, ölkədə 40 dövlət, 150 özəl ali məktəb fəaliyyət göstərir. Özəl universitetlərdə təhsil davam edir.

Son xəbərlər

Orphus sistemi